Bu il Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.
Bu barədə Liderxeber.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat veriləcək.
Qeyd edək ki, Formula 1 “Qatar Airways Azərbaycan Qran-Prisi” 23-26 sentyabr tarixlərində keçiriləcək.