Вернуться назад Распечатать

Benzin qiymətlərinin aşağı düşəcəyini vəd etdi

İranla münaqişə başa çatdıqdan sonra ABŞ-də benzin qiymətləri düşəcək.

Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib. 

“Biz İranla müharibədə qalib gələndən sonra həm neftin, həm də qalan hər şeyin qiymətləri kəskin şəkildə düşəcək. Benzinin hər qallonunun qiyməti üç dollara, son nəticədə isə iki dollardan aşağı düşəcək”, - paylaşımda deyilir.  

Qeyd edək ki, ABŞ-İran münaqişəsi səbəbindən Hörmüz boğazının bağlanması dünyanın əksər ölkələrində, o cümlədən ABŞ-də yanacaq qiymətlərinin artması ilə nəticələnib. Amerika Avtomobil Assosiasiyasının məlumatlarına görə, hazırda ABŞ-də benzinin hər qallonunun (təxminən 3,8 litr) orta qiyməti təqribən 4,1 dollar təşkil edir. Tramp daha əvvəl ölkədəki benzin satıcılarından qiymətləri dərhal aşağı salmağı tələb etmişdi.