Вернуться назад Распечатать

Universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur

Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur.

Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə bildirib.

“Bu yaxınlarda ilk dəfə olaraq ABŞ-də universitetlərdən biri 3 illik ali təhsil sisteminə keçib. Bu, Amerika cəmiyyəti üçün inqilabi dəyişiklikdir. Çünki bilirik ki, Avropa universitetləri 3 illik bakalavr sisteminə çoxdan keçiblər. Amma ABŞ 4 illik bakalavr sistemini davam etdirirdi. Artıq ABŞ də bu istiqaməti düşünməyə başlayıb. Çünki bazarın tələbi dəyişir. Təhsilin xərcləri artır, əlçatan olmalıdır, amma çox ölkələrdə xərclər artır. Düşünürəm ki, dünyada baş verən trendləri nəzərə alaraq, bizdə də ali təhsil haqqında qanuna yenidən baxmağa ehtiyac var. Bu istiqamətdə həm də ictimai dinləmə keçirmək olar”, - deputat qeyd edib.