“Dərsliklərdə problemlər var, həm də az deyil”.
Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri Anar İsgəndərov bildirib.
“Bu gün sentyabr konfransında nazir Emin Əmrullayev şəxsən mənə dedi ki, payız sessiyasında dərsliklərlə bağlı iclas olsa, tapşırıqlarını verəcək.
Təbii ki, dərsliklər kifayət qədər çoxdur. Amma biz öncəliklə tarix, ədəbiyyat və xarici dil dərslikləri ilə bağlı hazırlıq görsək, payız sessiyasında iclas təşkil edə bilərik”, - komitə sədri bildirib.