Вернуться назад Распечатать

Bakıda yeni tunel tikiləcək

Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi avtomobil yolunun kəsişməsində pik saatlarda yaranan sıxlığın aradan qaldırılması üçün yeni yol həlli nəzərdə tutulur. 

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Bildirilib ki, layihə çərçivəsində tunel tipli yolötürücüsünün, dairəvi yolayırıcının və Qaradağ istiqamətində yan yolun yaradılması planlaşdırılır.

Yeni yol quruluşu şəhərdaxili və tranzit nəqliyyat axınlarını ayıracaq, qovşaqda bir-birinə mane olan manevrləri azaldacaq və hərəkətin daha rahat təşkilinə imkan verəcək. Layihənin təsiri yalnız bu qovşaqla məhdudlaşmayacaq: “20 Yanvar”,  “Şamaxinka” və Qaradağ istiqamətlərində də yol yükünün daha səmərəli paylanmasına xidmət edəcək.

Bildirilib ki, bu, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan 24 yol layihəsindən biridir.