Вернуться назад Распечатать

Cəlilabadda 10 nəfər salatdan zəhərləndi - Yenilənib

Cəlilabad rayonunda zəhərlənmə olub.

Liderxeber.az xəbər verir ki, bir qrup rayon sakini zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin olaraq onların sayının 10 nəfər, aralarında uşaqların da olduğu deyilir.

Belə ki, Biləsuvar rayonunda əsgər yola salma qonaqlığında iştirak edən ailə evə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər.

Onların qonaqlıqda yedikləri paytaxt salatından zəhərləndikləri ehtimal olunur.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) saytımıza bildirilib ki, sentyabrın 29-da saat 23:00 radələrində zəhərlənmə şübhəsilə 10 nəfər (5 kişi, 5 qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Zəruri tibbi xidmətlər göstərilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.