Вернуться назад Распечатать

Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib

Ermənistan ərazisində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev həmin ölkədə 2 ay müddətinə həbs edilib.

Lıderxeber.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb. 

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun sentyabrın 26-da xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb.

Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.