Вернуться назад Распечатать

“Problem TƏBİB-in sistemindədir” - Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi ötən gün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sistemin işləməməsi səbəbindən yaranan problemlə əlaqədar açıqlama yayıb. 

Liderxeber.az xəbər verir ki, açıqlamada problemin TƏBİB-in elektron sistemində yaranmış nasazlıqdan qaynaqlandığı qeyd olunub.

“Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu olaraq bildiririk ki, yayılan məlumatlarda qeyd olunan məsələ TƏBİB-in elektron sistemində yaranmış texniki nasazlıqla bağlıdır. 

Elektron sistemdə yaranmış nasazlıq səbəbindən pasiyentlərin qeydiyyatı və xidmətlərin göstərilməsi prosesində müvəqqəti ləngimələr və növbələr yaranıb. 

Sistem tam bərpa olunduqdan sonra xidmət prosesinin əvvəlki qaydada davam edəcəyi və vəziyyətin normallaşacağı gözlənilir. Yaranmış narahatlığa görə pasiyentlərdən üzr istəyirik və anlayış göstərmələrini xahiş edirik”, - açıqlamada qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkədə sözügedən tibb müəssisəsində 2 gündür sistemin işləməmədiyi, vətəndaşların saatlarla növbədə gözləmək məcburiyyətində qaldığı bildirilirdi.