Вернуться назад Распечатать

Pensiya artımları ilə bağlı - Açıqlama

Bu ilin 9 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (548 milyon manat) çox olmaqla 5 milyard 874 milyon manat vəsait yönəldilib.

Bu barədə Liderxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, bu ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 oktyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 596 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 634 manata çatıb.

Yanvar-sentyabr aylarında 28 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 206 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.