Вернуться назад Распечатать

Pakistanda qatar relsdən çıxdı - Ölənlər var

Pakistanın Multan şəhəri yaxınlığında sərnişin qatarı relsdən çıxıb.

Liderxeber.az “Dawn” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində azı dörd nəfər ölüb, 30 nəfərdən çox şəxs xəsarət alıb. 

Məlumata görə, qatar Karaçi şəhərindən Peşəvər şəhərinə hərəkət edirmiş. Qəza zamanı təxminən 100 km/s sürətlə hərəkət edən qatarda 500 nəfərin olduğu bildirilir. 

Zərərçəkənlərə tibbi yardım göstərilib.