Вернуться назад Распечатать

Əhmədlidə yoldan çıxan maşın piyadanı vurub öldürübmüş - Yenilənib

Dünən saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Liderxeber.az xəbər verir ki, “Əhmədli” metro stansiyasının qarşısında “BMW” və “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə, 1 nəfər həyatını itirib.

Hadisə ilə bağlı polis araşdırma aparır.

***

Yol qəzasının təfərrüatı məlum olub.

Saat 15 radələrində Novruzov Əkbər Akif oğlu idarə etdiyi “BMW” markalı minik avtomobili ilə Gəncə prospektində hərəkətdə olarkən İsgəndərov Emil Amil oğlunun sürdüyü maşınla toqquşub.

Bu zaman E.İsgəndərovun sükanı arxasında olduğu “Hyundai” yoldan çıxaraq səki ilə piyada hərəkət edən 1981-ci il təvəllüdlü Əliyeva Elzanə Gündüz qızına çırpılıb.

Qadın hadisə yerində ölüb.

Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanılaraq ibtidai istintaqı aparılır.