Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb.
Düşən yağıntının miqdarı Ordubad, Lerikdə 4, Şahbuz, Gədəbəy, Qusarda 2, Göygöl, Şəmkir, Daşkəsən, Şəki, Mingəçevir, Yardımlı, Astarda 1 mm-dir.