Вернуться назад Распечатать

XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyada kilsəyə silahlı hücum zamanı həlak olanlarla bağlı başsağlığı verib.

Liderxeber.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Karakda kilsəyə edilən silahlı hücumla bağlı İordaniya Haşimilər Krallığının Hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, ibadət məkanlarına qarşı zorakılığı və mülki şəxsləri hədəf alan hücumları qətiyyətlə pisləyirik.

İordaniya və həlak olanların ailələri ilə həmrəy olduğumuzu bildirir, xəsarət alanların tezliklə sağalmasını diləyirik”, - paylaşımda deyilir. 

Xatırladaq ki, oktyabrın 23-də naməlum şəxs İordaniyanın Karak bölgəsində kilsədə ətrafdakı insanlara atəş açıb. Nəticədə 7 nəfər həlak olub, daha 40 nəfər isə yaralanıb.