Вернуться назад Распечатать

Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü - Yenilənib

Abşeron rayonu ərazisində yerləşən Ceyranbatan su anbarının ərazisindən meyit tapılıb.

Liderxeber.az xəbər verir ki, hadisə oktyabrın 30-u saat 19 radələrində anbarın Saray qəsəbəsi istiqamətindəki hissəsində qeydə alınıb.

Ölən şəxsin Ceyranbatan Su Təchizatı İdarəsində işləyən Sumqayıt şəhər sakini 1959-cu il təvəllüdlü Ramazanov Mahir Tofiq oğlu olması müəyyən edilib. Daha əvvəl ürək əməliyyatı keçirmiş əməkdaşın işdən sonra paltarını dəyişərkən infarktdan öğldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

***

İri Şəhərlərin Su Təchizatı Xidməti hadisə ilə bağlı məlumat yayıb.

Açıqlamada deyilir:

“Ceyranbatan Su Təchizatı İdarəsi su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Ramazanov Mahir Tofiq oğlu iş otağında qəfil dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq mühafizə orqanı və təcili tibbi yardım briqadasının əməkdaşları idarəyə dəvət olunublar. İlkin tibbi diaqnoza görə Mahir Ramazanov ürəktutma nəticəsində dünyasını dəyişib.