Вернуться назад Распечатать

Bu istiqamətdə əlavə qatar reysləri olacaq

Zəfər Günü və Dövlət Bayrağı Günündə sərnişin tələbatını qarşılamaq üçün 7, 8, 9 və 10 noyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.

Liderxeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.