Вернуться назад Распечатать

Füzulidə faciəvi qəzada həlak olan müəllim və iki şagirdin üç mərasimi keçirilib

Füzuli rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən müəllim və iki şagirdin üç mərasimi keçirilib.

Liderxeber.az xəbər verir ki, Füzuli şəhərində təşkil olunan mərasimdə mərhumların ailə üzvləri, yaxınları, dostları, müəllim və şagird yoldaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə Mirzə Uluqbəy adına tam orta məktəbin riyaziyyat müəllimi Seymur İsmayılovun, həmin məktəbin 11-ci sinif şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadənin əziz xatirəsi ehtiramla yad olunub. İştirakçılar mərhumların ailələrinə və yaxınlarına başsağlığı verərək onlara səbir diləyiblər.

Qeyd edək ki, faciəvi hadisə noyabrın 13-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində baş verib. Yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər həyatını itirib, dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.