Вернуться назад Распечатать

Güllə yarası alan vətəndaşın əlilliyi niyə uzadılmır? - Rəsmi açıqlama

“Əgər əlillik təyin olunmayacaqdısa, nə üçün 10 həkim məni müayinə edib sənədlərimə imza atıb? Bu komissiyaların fəaliyyəti nədən ibarətdir?!”

Bu barədə Liderxeber.az-a vətəndaş Hümmətov Natiq Qədiməli oğlu müracət edib. 

O bildirib ki, əlil olmasına səbəb 2001-ci ildə hərbi xidmətdə olarkən özünə ehtiyatsızlıqdan silah açması olub: “Sənədlərdə əlillik səbəbim ümumi yazılıb, mən bunu 5 il öncə bildim. Sənəd işlərindən başım çıxmır deyə elə də qaldı. 2003-cü ildən II qrup əlilliyə görə pensiya almışam. 2021-ci ildən isə III qrupa dəyişdirilib. Sonuncu dəfə əlilliyim 5 il müddətinə təyin olundu və həmin müddət 2026-cı ilin iyul ayında başa çatıb. Buna görə də iyulda Xaçmaz rayonunda, avqustda isə Quba rayonunda müvafiq tibbi komissiyalardan keçmişəm.

Hər iki komissiyada ümumilikdə 10 həkim tərəfindən müayinə olunmuşam. Həkimlər tibbi sənədlərimlə tanış olub, müayinələr aparıb və sənədlərimə imza atıblar. Lakin bütün bu prosedurlardan keçdikdən sonra oktyabr ayında Quba xəstəxanasından mənə bildirilib ki, guya əlillik təyin olunmur”.