Вернуться назад Распечатать

Sumqayıtda yanğın olub

Sumqayıtda açıq sahədə yanğın olub.

LiderXəbər xəbər verir ki, hadisə şəhərin Qurd dərəsi yaşayış massivi ərazisində qeydə alınıb. 500 kv.metr kol-kos və 7 ədəd müxtəlif ağac yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb.

Hadisənin səbəbi araşdırılır.