Вернуться назад Распечатать

“Bu məsələ ilə bağlı da ayrıca cinayət işi başlanıb”

İrandakı səfirliyimizdə terror aktı törədilərkən oradakı polis əməkdaşları fəaliyyətsizlik göstərib. 

LiderXəbər xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib:

“Bu məsələ ilə bağlı da ayrıca cinayət işi başlanıb. Məni oradakı həmkarlarım məlumatlandırdı ki, hazırda  istintaq gedir. İstintaq yekunlaşan kimi nəticəsi barədə bizə məlumat veriləcək”.