Nə gözəldir, təzə-tərdir qızılgüllər: Bakı bulvarından gözoxşayan mənzərələr
Dənizkənarı Milli Park yenə "libası"nı dəyişib.
Mart ayındazanbaqlarıngözəlliyi ilə istirahətə gələnlərin gözünü oxşayan parkda indi bir ayrı təntənə var. Ağ, çəhrayı, qıpqırmızı, növbənöv qızılgüllərin ətri çiçəklərin gözəlliyini birə-on artırıb.