Вернуться назад Распечатать

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur

Bakı şəhəri və Abşeron yarımadasının atmosfer havasında sinoptik şəraitlə əlaqədar gecə saatlarından başlayaraq toz müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a bildirib ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən hazırda havada tozun miqdarı normadan 1.2- 1.4 dəfə artıqdır.

Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir.