Вернуться назад Распечатать

Əməyin Mühafizəsi Mərkəzi auditor seçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi 2023-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Liderxeber.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Abacus Audit And Consulting" MMC-dir.

Qalib şirkətə 2 700 manat ödəniləcək.