Вернуться назад Распечатать

Yaxın günlərdə Laçın şəhərinə növbəti köç olacaq

Böyük Qayıdış proqramına əsasən Laçın şəhəri, Sus, Zabux və Qarıkaha kəndi tamamilə hazırdır.

Liderxeber.az-ın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bunu Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, kəndlər üzrə sakinlərin köçünün mütləq əksəriyyəti tamamlanıb:

"Laçın şəhəri üzrə köçün növbəti mərhələsi isə yaxın günlərdə həyata keçiriləcək".