Вернуться назад Распечатать

“Durovu kiminsə məsləhəti əsasında saxlayıblar”

“Fransa rəhbərliyi teleqramın təsisçisi Pavel Durovu kiminsə məsləhəti əsasında saxlayıb”.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

Onun sözlərinə görə, sahibkarın saxlanılmasında məqsəd şifrələmə kodlarını əldə etmək cəhdləridir: “Fransızların addımı teleqram messencerinin həqiqətən etibarlı və populyar olduğunu sübut edir”.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin açıqlamasında “Pavel Durovun həbsinin arxasında Vaşinqton dayanır” deyə qeyd edib.