Вернуться назад Распечатать

Bakı metrosunda problem yarandı

Bu gün səhər saatlarında Bakı metrosunun işində problem yaranıb.

Liderxeber.az xəbər verir ki, bu barədə sərnişinlər məlumat veriblər.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirilib ki, metronun "Azadlıq Prospekti" stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb:

"Maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz "Memar Əcəmi" stansiyasına yola salınıb. Dərhal əvəzinə qatar verilib. Nəticədə, "28 May" stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb".

B.Məmmədov qeyd edib ki, vaqon qapılarında problem olmadığından qatar hərəkət qrafikinə uyğun xəttə qaytarılacaq.