Вернуться назад Распечатать

"BakuBus" avtobusu ilə yük avtomobili toqquşdu, ölən və yaralılar var

Sahil qəsəbəsini metronun "Sahil" stansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə qəza baş verib.

Bu barədə Liderxeber.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

"Yanvarın 4-ü səhər saatlarında Bakı-Ələt yolunda Sahil qəsəbəsini metronun "Sahil" stansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə baş verən qəza hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək", -deyə məlumatda qeyd olunub.