Bakı şəhərində məşhur restoranların iftar menyuları açıqlanıb.
Liderxeber.az xəbər verir ki, bir nəfər üçün nəzərdə tutulan iftar menyularının qiymətləri müxtəlifdir.
Belə ki, martın 1-dən sonunadək Ramazan ayı boyunca restoranlar üzrə iftar qiymətləri 24-90 manat arasında dəyişir:
“Günaydın” restoranının hər iki filialında bir nəfər üçün iftar menyusunun qiyməti 90 manatdır
“Fairmont Baku”nun “Le Bistro” restoranı bir nəfərlik iftar süfrəsini 88 manata təklif edir.
“Hilton”un 24-cü mərtəbəsində yerləşən və flaqman restoranı olan “Sky Grill”də bir nəfər üçün iftar qiyməti 60 manatdır.
“Hilton”un 1-ci mərtəbəsində yerləşən “Cilantro Restoranı” isə bir nəfərə iftar süfrəsini 49 manata açır.
“The Landmark”ın 20-ci mərtəbəsində yerləşən “Caspian Grill & Terrace” restoranında bir nəfərə iftar süfrəsi 40 manata təklif olunur.
Səməd Vurğun küçəsindəki “Şehrazat” restoranında iftar menyusu adam başına 50 manat təyin olunub və burada əlavə olaraq 10 faiz servishaqqı tətbiq edilir.