Вернуться назад Распечатать

İlham Əliyev Ankaraya işgüzar səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gəlib.

Liderxeber.az-ın məlumatına görə, Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçısını Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər qarşıladılar.