Вернуться назад Распечатать

FAO-nun Azərbaycan üzrə nümayəndəsi Nasar Hayat AGRO TV-nin qonağı olub

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə nümayəndəsi Nasar Hayat AGRO TV-nin qonağı olub.

Liderxeber.az xəbər verir ki, Səbuhi Vaqifoğlunun təqdimatında baş tutan və birbaşa yayımlanan verilişdə Nasar Hayat FAO-nun Azərbaycanın kənd təsərrüfatında əsas məqsədlərindən və "Caspian Agro" sərgisinin bu məqsədlərə necə dəstək olmasından danışıb. Qonaq eyni zamanda Azərbaycanda dayanıqlı kənd təsərrüfatını və iqlim dəyişikliyi ilə mübarizəni dəstəkləyən bəzi vacib FAO layihələrindən, kiçik və orta fermerlərə necə dəstək olunmasından və bu sahədə gələcək planlar söz açıb.