Вернуться назад Распечатать

Xaçmazda 53 yaşlı kişi toyda bacısı oğlunu bıçaqlayıb

Xaçmazda keçirilən toyda bıçaqlanma hadisəsi baş verib.

Liderxəbər xəbər verir ki, Çarxı kəndində keçirilən məclis zamanı 1970-ci il təvəllüdlü Baxışov Murad Baxışəli oğlu bacısı oğlu, 1993-cü il təvəllüdlü Bayramov Elyar Cəfər oğlunu bıçaqlayıb.

Faktla bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Murad Baxışovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.