Sumqayıt şəhərinin 18-ci mikrorayon ərazisində yerləşən yarmarkada yanğın hadisəsi baş verib.
Liderxeber.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb.
İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Yanğın nəticəsində yarmarkadakı bəzi ticarət obyektlərinə maddi ziyan dəyib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Nurlan Cəfərov
LiderXəbər