Вернуться назад Распечатать

Donald Tramp və Kamala Harris arasında keçiriləcək debatın tarixi məlum olub

ABŞ prezidentliyinə namizdələr Donald Tramp və Kamala Harris arasında debat sentyabrın 10-da keçiriləcək.

Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş lideri Donald Tramp “Truth social” platformasında məlumat yayıb.

“Mən Radikal Sol Demokratlarla yoldaş Kamala Harrislə debatın keçirilməsilə bağlı razılığa gəldim”, - Tramp vurğulayıb.