Diplomatik nümayəndəliklər Azərbaycan xalqını Müstəqillik Günü ilə bağlı təbrik edir

Türkiyənin Bakıdakı səfirliyi 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik mesajı yayıb.
Liderxeber.az-ın məlumatına görə, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.
"Kədəri və sevinci birlikdə paylaşdığımız qardaş Azərbaycan xalqının Müstəqillik Gününü canı-qəlbdən təbrik edirik", - deyə mesajda qeyd olunub.
Həmçinin vurğulanıb ki, "Bir millət, iki dövlət" şüarı ilə davam etdirilən qardaşlıq münasibətləri bundan sonra da möhkəmləndirilməyə davam edəcək.
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə paylaşım edib.
Liderxeber.az xəbər verir ki, səfir paylaşımında Fransanın səfirliyi adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
O, Azərbaycana sülh və firavanlıq dolu gələcək arzulayıb.
"Milli günün mübarək olsun!", - deyə səfir qeyd edib.