XİN: Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın yalanlarının ifşasını davam etdirir
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın yalanlarını ifşa etməkdə davam edir.
LiderXəbər xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə tviterdəki hesabında yazıb.
O, vurğulayıb ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı bir daha Ermənistanın Azərbaycanı sərhədçilərini Laçın keçid məntəqəsindən və yoldan çıxarmağa vadar etmək tələbinin yekdilliklə rədd olunduğunu təsdiqləyir.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını rədd edib. Bu barədə qərar Beynəlxalq Ədalət Məhkəməsinin saytında dərc olunub. Məhkəmə Ermənistanın 2023-cü il 22 fevral tarixli Qərarında dəyişiklik edilməsi barədə tələbini rədd edib.
Oxşar Xəbərlər:
14 iyul 2023, Cümə
Avropa Məhkəməsi Ermənistanın Laçın yolu ilə bağlı müvəqqəti təminat tələbini rədd edib
13 iyun 2023, Çərşənbə axşamı
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb
17 aprel 2023, Bazar ertəsi
Milli Məclisin aprelin 11-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb