Bayramov iranlı həmkarı ilə görüşdü - Foto
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə iranlı həmkarı Seyid Abbas Əraqçi ilə görüşüb.
Liderxeber.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında paylaşılıb.
Bildirilib ki, nazirlər Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər müntəzəm yüksəksəviyyəli dialoqun davam etdirilməsinin və iki ölkə arasında qarşılıqlı faydalı layihələrin irəlilədilməsinin vacibliyini vurğulayıblar.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
03 iyul 2024, Çərşənbə
Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub
30 may 2024, Cümə axşamı
Ceyhun Bayramov Pakistan Prezidentinin vəzifəsini icra edən Seyid Yusif Rza Gilani ilə görüşüb
