Pressa.az » Siyasət » “BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb”

“BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb”

01 sentyabr 2026, Çərşənbə axşamı, 15:55
“BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb”

Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı BMT-nin 1993-cü ildə Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrin icrası barədə danışıb.

Liderxeber.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinin 30 ildən sonra - üç il əvvəl icra olunduğunu vurğulayan dövlətimizin başçısı bildirib:

“Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur”.

Dövlət başçısı həmçinin qeyd edib ki, son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək.