Pressa.az » Siyasət » Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?

Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?

15 oktyabr 2026, Cümə axşamı, 13:32
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?

Bu gün axşam saatlarında Bakıdan İrəvana təyyarə uçacaq. 

Liderxeber.az xəbər verir ki, bu barədə “Azadlıq” radiostansiyası “Flightradar24” saytına istinadən məlumat yayıb.

Məlumata görə, Tacikistanın “Somon Air” avişirkətinə məxsus “Boeing 737-8GJ” təyyarəsi oktyabrın 14-ü Düşənbədən Bakıya uçub. 

“Tacikistan Prezidenti, eləcə də bir sıra digər ölkələrin liderləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün dünəndən Bakıya səfər ediblər. Lakin “Boeing 737-8GJ” təyyarəsi Tacikistan Prezidenti Emoməli Rəhmona xidmət göstərmir. Ermənistan da rəsmi nümayəndə heyətlərini qəbul etməyə hazırlaşır. COP17 çərçivəsində İrəvanda Liderlərin Zirvə Görüşü keçiriləcək”, - nəşr yazıb. 

Bununla belə, təyyarənin Bakıdan İrəvana kimləri aparacağı açıqlanmır.