Вернуться назад Распечатать

Prezidentdən dövlət qulluqçularının reyestri ilə bağlı fərman

Prezident İlham Əliyev Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.

Liderxeber.az bununla bağlı President.az-a istinadən xəbər yayır.

Fərmanla "Dövlət qulluqçularının reyestrinin aparılması Qaydası" və "Dövlət qulluqçularının reyestri" informasiya ehtiyatı haqqında Əsasnamə" təsdiq edilib.