Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Liderxeber.az bu barədə TASS-a istinadla xəbər verir.
Bildirilir ki, səfir Smolensk meydanındakı nazirlik binasına gedib və jurnalistlərə heç bir açıqlama vermədən içəri keçib.
Qeyd edək ki, bir gün əvvəl Rusiya XİN-dən bildirilib ki, Mustafayev Bakının qeyri-dost hərəkətləri və Rusiya jurnalistlərinin qanunsuz saxlanılması ilə əlaqədar çağırılıb.