Вернуться назад Распечатать

İlham Əliyev Azərbaycanın ilk hərbi pilotuna ölümündən sonra Milli Qəhrəman adı verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Liderxeber.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslərin təltif edilməsi qərara alınıb:

"Azərbaycanın Milli Qəhrəmanı" adı ilə

Qurbanov Vaqif Bəxtiyar oğlu - baş leytenant (ölümündən sonra)

"Azərbaycan Bayrağı" ordeni ilə

Quliyev Akif Bayram oğlu - ehtiyatda olan baş gizir

"İgidliyə görə" medalı ilə

Binyətov Gülbudağ Əli oğlu - ehtiyatda olan polkovnik-leytenant

Əliyev Bəşir İman oğlu - ehtiyatda olan mayor

Cəlilov Elman Səyyad oğlu - ehtiyatda olan kapitan

Şalbuzov Tofik Şıxbala oğlu - ehtiyatda olan baş gizir.

Qeyd edək ki, Qurbanov Vaqif Bəxtiyar oğlu Azərbaycanın ilk hərbi pilotudur.