Вернуться назад Распечатать

Azərbaycan Prezidenti latviyalı həmkarına təbrik məktubu göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsə təbrik məktubu göndərib.

Liderxeber.az həmin məktubun mətnini təqdim edir:

"Latviya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan-Latviya münasibətlərinin xoş ənənələri vardır. Xalqlarımızın tarixi əlaqələri, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi müxtəlif sahələrdə səmərəli əməkdaşlığımızın genişlənməsi üçün yaxşı imkanlar yaradır.

Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.