Вернуться назад Распечатать

Milli Məclis işsizlikdən sığorta fondunun 2026-cı il büdcəsini birinci oxunuşda qəbul edib

Milli Məclis işsizlikdən sığorta fondunun 2026-cı il büdcəsini birinci oxunuşda qəbul edib.

Liderxeber.az-ın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında müzakirə edilib.

Sənədə əsasən, işsizlikdən sığorta fondunun 2026-cı il üzrə xərcləri 266 400 000 manat məbləğində təsdiq edilir.

Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

- işsizlikdən sığorta fondunun 2026-cı il büdcəsinin gəlirləri 238 300 000,0 manat;

- işsizlikdən sığorta fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 28 100 000 manat.