Вернуться назад Распечатать

Diplomatik və xidməti pasportlar üçün viza tələbi yeddi ölkə ilə ləğv olunur

Azərbaycanla yeddi ölkə arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı şəkildə azad edilməsi razılaşdırılıb.

Liderxeber.az xəbər verir ki, sözügedən məsələlər Milli Məclisin 25 noyabr tarixli plenar iclasının gündəliyinə daxil edilib.

Belə ki, layihəyə əsasən, Azərbaycanla Maldiv, Anqola, Bəhreyn, Cibuti, Dominikan, Qvineya-Bisau və Surinam arasında diplomatik və xidməti pasport sahibləri vizadan azad olunacaqlar.