Вернуться назад Распечатать

Tramp bu gün jurnalistlərin qarşısına çıxacaq

ABŞ Prezidenti Donald Tramp bu gün yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 23:00) Ağ Evin Oval kabinetində jurnalistlər qarşısında çıxış edəcək.

Liderxeber.az xəbər verir ki, bu barədə Ağ Evdən rəsmi məlumat verilib.

Ölkə başçısının açıqlamalar verəcəyi qeyd olunsa da, mövzu barədə məlumat bildirilməyib.

Xəbərdə, həmçinin qeyd olunur ki, Amerika lideri yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 20:30) öz Administrasiyasının növbəti iclasını keçirəcək.