Вернуться назад Распечатать

Baş nazirdən XİN-lə bağlı - Qərar

Xarici İşlər Nazirliyinin (XİN) kollegiyasının üzvlərinin sayı və tərkibi təsdiqlənib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Xarici İşlər Nazirliyinin kollegiyasının üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilir və aşağıdakı tərkibdə təsdiqlənir:

Kollegiyanın sədri

Xarici işlər naziri

Kollegiyanın üzvləri:

Xarici işlər nazirinin müavinləri

“ADA” Universitetinin rektoru;

Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi;

Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi;

Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasında İdarəsinin rəisi.