Вернуться назад Распечатать

“Azərbaycan bu ölkələrlə münasibətlərini qoruyub saxlayıb”

“Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib”.

Liderxeber.az xəbər verir ki, bunu XİN rəhbəri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, İsrail-Fələstin qarşıdurması kontekstində Azərbaycan hər zaman iki dövlətlilik prinsipindən çıxış edib: “Fələstin məsələsi yalnız Fələstin dövlətinə aid deyil, bütün İslam dövlətləri üçün həssas mövzudur. Azərbaycan hər zaman bu ölkələrlə münasibətlərini qoruyub saxlayıb.

Azərbaycan-İsrail münasibətlərinə gəldikdə isə bu əlaqələr heç bir formada o mənaya gəlməyib ki, Azərbaycan öz mövqeyini dəyişib. Azərbaycan və İsrail münasibətləri qarşılıqlı fayda və hörmət əsasında qurulub”.