Вернуться назад Распечатать

Kənan Əkbərov: "Əlillik təyinatlarında süni intellekt həlləri sınaqdan keçirilir"

"Pensiya təyinatı, yenidən hesablanması, tutulmaların avtomatlaşdırılması və digər sosial sığorta xidmətləri üzrə bir sıra yeni elektron funksiyalar tətbiq olunub.

Bu dəyişikliklər xidmətlərin icra müddətini əhəmiyyətli dərəcədə azaldıb".

Liderxeber.az xəbər verir ki, bu fikirləri DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkbərov mətbuat konfransında səsləndirib.

O qeyd edib ki, "Əmək və Məşğulluq" altsistemi (ƏMAS) "Peşə hazırlığı modulu", "Məşğul şəxslərin reyestri", "İşədüzəlmədə vasitəçilik edən hüquqi şəxslərin reyestri", "İşsizlikdən sığorta ödənişinin elektronlaşdırılması", eləcə də işdən qısamüddətli icazələrin onlayn alınması elektron xidmətlərə daxildir.

K.Əkbərov əlavə edib ki, cari ildə xidmətlərin təkmilləşdirilməsində süni intellekt əsaslı həllərə üstünlük veriləcək:

"Xüsusilə, əlillik təyinatlarında süni intellekt həllərinin sınaqdan keçirilir. Hazırda əlillik qrupunun avtomatik təyin edilməsi 90%-dək ehtimalla doğru nəticə verir.

Vətəndaşlardan daxil olan bütün müraciətlər vahid mərkəzdən qəbul ediləcək və mərkəzləşdirilmiş şəkildə "Omnichannel" yanaşması əsasında idarə olunacaq".