Вернуться назад Распечатать

Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin müavinləri Cenevrədə görüşdü - Fotolar

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin müavinləri Elnur Məmmədovla Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.

Liderxeber.az XİN-ə istinadən xəbər verir ki, görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub.

Nazir müavinləri çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.