Вернуться назад Распечатать

Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Sərəncama əsasən, Bəxtiyar Əli oğlu Aslanbəyli Azərbaycan neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Bəxtiyar Aslanbəyli bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidentidir.

Bəxtiyar Aslanbəyli 7 avqust 1976-cı ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhəri 176 saylı orta məktəbi bitirib. 1997 və 1999-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəkxalq hüquq fakültəsinin bakalavr və magistr pilləsini bitirib. O, hüquq üzrə fəlsəfə doktorudur. (PhD)

Əmək fəaliyyətinə 1998-ci ildə "PricewaterhouseCoopers" şirkətində başlayıb. 2002-ci ildən bp şirkətində çalışır. 2015-ci ildən bp-nin regional vitse prezidentidir. Pedaqoji fəaliyyətə 1997-ci ildən başlayıb. Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvüdür.

Bəxtiyar Aslanbəyli kommunikasiya və xarici əlaqələr, vergi və gömrük, etik normalar və tələblərə uyğunluq, habelə biznes xidmətləri kimi sahələrdə bir sıra rəhbər vəzifələrdə çalışıb.

O, 2017-ci ildə ölkənin neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. Bəxtiyar Aslanbəyli həmçinin Böyük Britaniya Kralı III Çarlz tərəfindən Birləşmiş Krallığın Britaniya İmperiyası Ən Əla Ordeninin fəxri Zabiti (OBE) adına layiq görülüb.