Вернуться назад Распечатать

Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana təşəkkür edib.

Bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında paylaşım edilib.

Paylaşımda deyilir:

"Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi".